Bakida beynelxalq konfrans isine basladi

18:04 – xeber – Mayın 31-də Bakı Ali Neft Məktəbində “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
 
DGK-dan Axar.az-a daxil olan məlumata görə, Bakı Ali Neft Məktəbinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak ediblər.
 
Konfransda “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” adlı ilk plenar məruzəni “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson söyləyib.
 
Sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu”, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Gömrük xidmətində innovasiya layihələrinin tətbiqi və idarə olunması prinsipləri”, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişləri üzrə gömrük prosedurları”, Dövlət Gömrük Komitəsinin baş inspektoru, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin meneceri Lalə İmanova “Qeyri-neft sektorunun inkişafı istiqamətində gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi” və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski “Dəniz neft qurğularının hüquqi statusu ilə bağlı problemlər – beynəlxalq hüquq və dövlət təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.
 
 Qeyd edək ki, konfransın işi bu gün başa çatacaq.
 
 Konfransın son bölməsində Bakı Ali Neft Məktəbinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müəllimlərinin “Azərbaycan gömrük xidmətinin tarixi və inkişaf mərhələləri”, “Avropa İttifaqının hüququ və Azərbaycan Respublikasının hüquq sistemində aksiz vergisinin hüquqi tənzimlənməsi”, “İqtisadiyyatın gömrük tənzimlənməsi”, “Azərbaycan post-neft dövründə”, “Qaçaqmalçılıqla mübarizə”, “Yerli iqtisadiyyatda kənd təsərrüfatının rolu”, “Ümumdünya gömrük əməkdaşlığı: çağırışlar və perspektivlər”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “İqtisadiyyat və gömrük: qarşılıqlı təsirlər”, “İqtisadi artım və tənəzzül”, “Azərbaycanın gömrük sistemində “bir pəncərə” sistemi” və “Beynəlxalq ticarətdə risklər” adlı məruzələri dinləniləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org