Bakida avtobuslar ucun ayrica zolaqlar yaradilir

20:52 – xeber – Paytaxtda avtobuslar üçün ayrıca zolaqlar yaradılacaq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
 
O bildirib ki, paytaxtda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.
 
Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzrədir. Bu işlər avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək və tıxacların aradan qaldırılmasını təmin etmək üçündür.
 
“Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib. Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobuslar idi. Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edir”, – deyə N.Allahyarova vurğulayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org