Bakida avtobus abadliq iscilerini vurdu – Foto

21:16 – xeber – Bakıda sərnişin avtobusu yol abadlığı ilə məşğul olan texnikaya çırpılıb, “Bakı Abadlıq Xidməti” MMC-nin iki əməkdaşı ağır yaralanıb.
 
Musavat.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 171 saylı xətt üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Bakı Abadlıq Xidməti”nə məxsus elektromobilə çırpılıb.
 
Hadisə nəticəsində yol kənarındakı yaşıllıqları suvaran işçilər –  İlqar Şabanov və Elnur Babazədə ağır xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
 
Şahidlərin sözlərinə görə, hadisədən əvvəl iki sərnişin avtobusu bir-biri ilə ötüşürmüş. Sürücü Mehman Əliyev digər avtobusu ötərkən yol kənarındakı kiçik elektromobili gec görüb. Sürət yüksək olduğundan, sürücü avtobusu saxlaya bilməyib.
 
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, ilkin müayinələr aparılıb. Elektromobil avtobusun altında qaldığından, onu oradan çıxarmaq çətinlik yaradıb.
 
Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org