Bakida Aciq Kuboku kecirilecek

22:14 – xeber – Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə Azərbaycan Rəqs Assosiasiyası (ARA) tərəfindən oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı teatrında bütün rəqs növləri, həmçinin bütün vokal və instrumental kollektivlərinin yarışı keçiriləcək.
 
Trend-in məlumatına görə, Azərbaycanın müxtəlif yerlərindən bir çox rəqs kollektivləri bu mədəniyyət bayramına qatılacaqlar. Bütün yaş kateqoriyalarında olan iştirakçılar bu nominasiyalarda mübarizəyə qoşulacaqlar: Çerlidinq, hip-hop, breyk- dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, solo rəqs, xor, solo ifa, instrumental mahnılar və s.
 
Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: “Kubokun keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsi ilə müəyyən etmək və Azərbaycanı gələcəkdə Avropa və Dünya çempionatlarında təmsil etməkdir. Müsabiqənin digər mühüm vəzifələrindən biri də rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyyətimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kollektivlər qoşulur. Bu dəfə də Gürcüstandan və İrandan qruplar qoşulacaq. Bu bizi sevindirmiyə bilməz, demək biz öz işlərimizi yaxşı görürük. Media ilə bir çox kollektivləri və rəqqasları bizim tədbirlərə cəlb eləmək istəyirik.”
 
Müsabiqənin münsiflər heyətində – Azərbaycanın xalq, əməkdar artistləri iştirak edəcəklər.
 
Rima Məmmədova, Tahir Eynullayev, Ülviyyə Həsənova, Fərid İbrahimov, Fərhad Əliyev, Andrey Freeman, Kamran Məmmədov, Aysel Hüseynova və Veronika Talıbova kimi incəsənət xadimləri, tamaşaçıların rəğbətini qazanıb . Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır və bir daha bu möhtəşəm tədbirdə hərkəsi iştirak etməyə dəvət edir!

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org