Bakida 4 olkə arasinda muhum raziliq – Foto

19:53 – xeber – Bakıda Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb, razılıq əldə olunub.
 
AzərTac xəbər verir ki, danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər.
 
Həmçinin tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi məsələləri müzakirə edilib.
 
Görüşün yekununa dair dördtərəfli sənəd və Azərbaycanla Gürcüstan arasında ikitərəfli sənəd imzalanıb.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov imzalanan sənədin əhəmiyyətindən danışaraq bildirib ki, bu yeni bir marşrut xəttinin açılması deməkdir. Burada söhbət Ukraynanın Avropa ilə sərhəddə yerləşən İzov dəmir yolu stansiyasından başlayaraq Qazaxıstanla Çin arasında yerləşən “Dostluq” stansiyasına qədər olan məsafədən gedir.
 
Onun sözlərinə görə tərəflər bu gün həm də aşağı tarif siyasətini müəyyənləşdirib, marşrutun işlənməsi üçün daha komfort şərait yaradılması barədə razılığa gəlinib.
 
Cavid Qurbanov qeyd edib ki, hesablamalara görə bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org