Baki trekinin bir cox ozelliyi var – Alonso

20:35 – xeber – Artıq Azərbaycana ikinci dəfədir səfər edirəm. Burada gördüklərim məndə xoş təəssüratlar yaradıb. Azərbaycan Formula-1 Avropa Qran-prisinə tam hazırdır. Ümid edirəm ki, yarış yüksək səviyyədə keçəcək.
 
Bu sözləri AzərTac-a müsahibəsində “McLaren” komandasının pilotu, Avropa Qran-prisinin rəsmi elsçisi Fernando Alonso deyib.
 
Pilot Bakının bir çox görməli yerlərini gəzdiyini, şəhərin Qərb ilə Şərqin ahəngdarlığını təşkil etdiyini, paytaxt sakinlərinin gülərüz və mehriban olduğunu vurğulayaraq deyib: “Azərbaycanın çox zəngin tarixi və mədəniyyəti var. Ölkənizə səfərim zamanı xalçalarınızla tanış oldum. Doğulduğum İspaniyada da xalçaçılıq ənənəsi var. Ancaq Azərbaycan xalçaları özünəməxsusluğu ilə seçilir, naxışları isə çox gözəl və fərqlidir. Səfər etdiyim ölkələrdə hər zaman oranın mədəniyyəti ilə maraqlanıram. Deyə bilərəm ki, sizin ölkəniz zəngin adət-ənənəyə malikdir. Mətbəxiniz isə xüsusilə fərqlənir. Qonaqpərvərlik hər bir insanın üzündən hiss olunur”.
 
Komanda olaraq cari mövsüm dünya çempionatında ilk onluqda yer aldıqlarını bildirən pilot həmişə hədəflərinin qələbə olduğunu deyib: “Bu mövsümdə komandada bəzi problemlər var idi. Ancaq biz bunları yoluna qoyduq. Bütün səylərimiz məhz çempionluq üçündür. Ümid edirəm ki, “McLaren” gələn il çempion olacaq”.
 
Fernando Alonso Bakı Şəhər Halqasının digər şəhər treklərindən fərqləndiyini deyib. Bildirib ki, Bakı trekinin bir çox özəlliyi var. Bu trekdə düz xətt boyunca 2 kilometrlik məsafə var ki, burada bolidlər saatda 340 kilomter sürətlə hərəkət edəcəklər. Həmçinin sərt döngələr var. Bu döngələrdən keçərkən pilotlardan yüksək dəqiqlik tələb olunur.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org