Baki trasi olduqca maraqli gorunur – Fettel

20:29 – xeber – Bakı şəhər trası tamamilə yenidir və olduqca maraqlı görünür.
 
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Formula 1-in "Ferrari" komandasının pilotu Sebastyan Fettel deyib.
 
Onun sözlərinə görə, 8-ci döngədən başlayan sahə və köhnə şəhərin ətrafı xüsusilə maraqlıdır.
 
Pilot qeyd edib ki, Bakıda yarış zamanı təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan hər şey var.
 
Qeyd edək ki, sabah Bakıda Formula-1 üzrə dünya çempionatının 8-ci – Avropa Qran-pri yarışlarına start veriləcək.
 
Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir.
 
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org