Baki trasi en son standartlara uygun olacaq – Tilke

23:07 – xeber – Bakı Şəhər Halqası digər şəhər treklərindən fərqlənir. Bu tras digər şəhər trekləri ilə müqayisə olunmazdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iyunun 15-də Formula-1 Avropa Qran-prisinin Bakı treki layihəsinin müəllifi Herman Tilke deyib.
 
Almaniyalı mütəxəssis bildirib ki, trekin birinci döngəsi çox mürəkkəbdir. Düz xətt boyunca 2 kilometr hərəkət edən bolidlərin sürəti saatda 340 kilometrə çatacaq. Bu sürətlə kəskin döngəyə girmək çətindir. Trekin İçərişəhər hissəsi–Qoşa qala qapı meydanı istiqamətində bolidlər ensiz yol ilə qalxacaqlar. Trekin bu hissəsi də unikaldır. Ensiz trek boyu bolidlərin hərəkəti mürəkkəb olacaq. Daha sonra bolidlər Azneft meydanına doğru hərəkət edib Dənizkənarı Milli Park boyunca maksimum sürətə çatacaqlar.
 
Bakı Şəhər Halqasına oxşar digər ikinci trekin olmadığını bildirən Herman Tilke deyib: “Hazırlıq işləri başa çatmaq üzrədir. Bütün işlər plana uyğun aparılır. Yalnız hasarlama işləri qalır ki, bu da bir gecəyə həll olunacaq. Bakı şəhər treki Beynəlxalq Avtomobil Federasiyasının ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq təhvil veriləcək. Bu standartlar beynəlxalq təhlükəsizlik qaydalarına tam cavab verir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org