Baki-Tiflis-Qars tamamlanmaq uzredir – Qurbanov

23:50 – xeber – Bakı-Tiflis-Qars dəmir yolunun üzərində işlər, demək olar ki, tamamlanıb, çox iş qalmayıb.
 
Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov ANS-ə açıqlamasında deyib.
 
Layihənin ləngiməsi ilə bağlı sədr onu deyib ki, nəzərə alınmayan işlər, əlavə xərclər həddindən artıq çoxdur, iş çətin iqlim şəraitində aparılır. Buna səbəb olaraq C.Qurbanov həmçinin Gürcüstanda baş verən hakimiyyət dəyişikliyini də göstərib. 
 
Dəmir yolunun Türkiyə hissəsi ilə bağlı C.Qurbanov qeyd edib ki, qalan işlər böyük bir problem deyil: "Türkiyə üçün 85 kilometrlik o yol böyük bir şey deyil. Onlar da işlərin hardasa 80 faizini tamamlayıblar. Qalıb üst tərəfi, onu da bu ilin axırına kimi, yəgin ki, tamamlayarlar və dizel lokomotivlərlə yükü apara bilərik".
 
Cavid Qurbanov deyib ki, layihə ilə bağlı Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar naziri Əhməd Arslanla görüş keçirməyi planlaşdırır.
 
İpək yolu ilə bağlı C.Qurbanov onu deyib ki, bu yol Rusiyanın, Azərbaycanın, həm də Qazaxıstanın üzərindən keçməklə, Avropaya çıxışı genişləndirir: "Çünki Çinin Avropayla, bu dövlətlərlə arasındakı mübadilə təqribən 100 milyon tonun ətrafındadır. Ancaq bu get-gedə artacaq. Artdıqca, nəqliyyat növlərinə tələbat daha da çoxalacaq. Çoxaldıqca bu yolun genişlənməsi lazımdır. Bunlardan da biri, üzərimizdən keçən dəmir yoludur".
 
Nazir həmçinin vurğulayıb ki, bu marşrutu əsas işə salan Bakı-Tiflis-Qars dəmir yolu olacaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org