Baki Tehrani ele yola getirecek ki, İrevan…

10:15 – xeber – Bölgədə Azərbaycanın artan təsirindən ehtiyat edən İran məhz bu məqsədlə Ermənistanın potensialından istifadə etməyə çalışır.
 
Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlama verib. Politoloq hesab edir ki, İran Ermənistanın fonunda Şimali Azərbaycanla bağlı siyasətini açıq surətdə büruzə verir:
 
“Tehran çox yaxşı başa düşür ki, Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmdə nüfuzu cənubdakı soydaşlarımızı ruhlandırır və bu, İranda mərkəzdənqaçma meyillərini gücləndirir. İran hazırda bölgədə Azərbaycanın artan təsirindən ehtiyat edir və bu məqsədlə də Ermənistanın potensialından istifadə etməyə çalışır. Ermənistan-Azərbaycan müharibəsi zamanı İran Araz çayı üzərindən əvvəl tampon, sonra isə geniş müasir tipli körpü açmasaydı, Ermənistan çoxdan öz daxilində boğulardı. İranın Ermənistana açdığı nəfəslik hesabına işğalçı ölkə Azərbaycana qarşı məkrli siyasətini bu gün də davam etdirir. Vaxtilə Heydər Əliyevin başçılığı altında nümayəndə heyətinin tərkibində İrana gedərkən Tehranda Rəfsəncani ilə aparılan danışıqlar zamanı Əliyev hiddətlənərək masadan qalxmış və danışıqlara ən azı 2 saat fasilə verilmişdi. Azərbaycan məhz həmin görüşdə açıq və qəti surətdə bildirdi ki, onun iştirakı olmadan işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə heç bir layihə reallaşa bilməz. Bakı ilə Tehran arasında bağlanan şərtlərə uyğun olaraq SES yalnız torpaqlar azad olunduqdan sonra tikiləcək”.
 
Politoloq Azərbaycanın İranla hərtərəfli iqtisadi əməkdaşlıq aparmaq istədiyini, ancaq Tehranın sözdə bunun tərəfdarı olduğunu deyib:
 
“Azərbaycanı İsraillə hər hansı bir əlaqədən çəkinməyə çağıran İran nədənsə Ermənistan kimi kiçik və zəif dövlətlə ikili əlaqələrə dair müqavilələr imzalamaq istəyir. İranın siyasəti açıq surətdə meydandadır. Əgər İran Ermənistanla bu qədər yaxınlaşarsa, o zaman Tehranın İrəvanla bağlı yürütdüyü siyasətin mahiyyəti dərindən dəyərləndirilməlidir. Zənnimcə, Azərbaycan İranı çox asanlıqla yola gətirə, Tehranı İrəvanla deyil, məhz Bakı ilə münasibətlərin labüd olduğuna inandıra bilər”.
 
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani yaxın zamanlarda Ermənistana səfər etmək niyyətindədir. H.Ruhani bildirib ki, viza rejiminin aradan qaldırılması işgüzar dairələrin əlaqələrinin və turizm sektorunun canlanmasına əlavə stimul verəcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org