Baki stadionunda ilk toyu aparacaq turkiyeli mugenni – Foto

21:06 – xeber – Bakı 2015 İlk Avropa oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.

ANS-in məlumatına görə, tanınmış türk müğənnisi Ebru Gündəş uzun sürən fasilədən sonra yenidən Bakıya gəlir. 

Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir. Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib. 
 
Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.
 
"Bakı Olimpiya Stadionunda keçiriləcək toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək".
 
Bunu ANS-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. Onun sözlərinə görə, stadiondan qazanılan pullar elə onun özünün təmir, yenidənbərpa və s. işlərinə xərcləndiyi kimi, toylardan gələn gəlirlərdən də eyni məqsədlər üçün istifadə olunacaq. O ki qaldı Bakı Olimpiya Stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunun insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib: "Biz stadionda toy keçirmirik. Biz sadəcə stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə çevirək", – deyə C.Mehdiyeva bildirib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org