Baki-Qazax avtomobil yolunda temir – Video

10:16 – xeber – Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən 20 metr uzunluğu və 12,5 metr enində yeni yol hissəsi salınıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən Axar.az-a verilən məlumatda bildirilir ki, geri dönmə üçün nəzərdə tutulan yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 m dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6 450 kv.m sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 m enində çiyinlər də tikilib.
Eyni zamanda 4 750 kv.m sahəyə ikiqat olmaqla (12 sm + 6 sm) 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 m enində genişləndirilib və yol ayrıcında 2 200 kv.m sahədə (800 kv.m+1 400 kv.m) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2 200 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənib, kənarlarına 400 poqon metr yeni səki daşları düzülüb.

Qeyd edək ki, ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və aparılan tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına 270 p/m əyri-xətli dəmir tirlər quraşdırılıb. Hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org