Baki oz huququnu tesbit edecek – Ermeni deputat

16:50 – xeber – Azərbaycan kifayət qədər ciddi əsaslar hazırlayıb, beynəlxalq təzyiqə öz hüququnu təsbit edən sənədlərlə cavab verə bilər. Bu, təhlükəni artırır.
 
Axar.az 1in.am-a istinadən xəbər verir ki, bu sözləri Qarabağın müstəqilliyinin tanınmasından danışan Ermənistan Milli Məclisinin deputatı Suren Zolyan deyib.
 
Deputatın fikrincə, hakimiyyət münaqişənin həlli məsələsində dəqiq formalaşdırılmış yanaşma irəli sürmür, xalqı bir şəxs və ya hakimiyyət ətrafında birləşdirəcək addımlar atılmır, hakim siyasi komandanın fikirləri bir-birini inkar edir:
 
“Hələ ki məsələ müzakirə mərhələsindədir, hətta Ermənistan Respublika Partiyası elitasında. Əgər biz Ermənistan Respublika Partiyasının nə təklif etdiyini bilmiriksə, nəyin ətrafında birləşməliyik? Problem ondadır ki, deyəsən, onlar məsuliyyətdən yayınırlar. Vəziyyət çox ciddidir və qərarlar çox ağrılı olacaq”.
 
Onun sözlərinə görə, hakimiyyətin artıq öz üzərinə məsuliyyət götürməli olduğu vaxt yetişib.
 
Xatırladaq ki, Ermənistan hökuməti Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsi müzakirə edilib, Ermənistan parlamentinə göndəriləcək.
 
Qarabağın tanınması ilə bağlı qanun layihəsini müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyan təqdim ediblər.
 
Azərbaycan bu qanun layihəsini kəskin tənqid edib. Rəsmi Bakı İrəvanın bu addımla Dağlıq Qarabağla bağlı bütün sülh danışıqlarının üstündən xətt çəkəcəyini açıqlayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org