Baki neft zavodunda yeni muqavile imzalandi

19:03 – xeber – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
 
Axar.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirlər çərçivəsində zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən torpaq tədqiqat işlərinin aparılması məqsədilə növbəti müqavilə imzalanıb.
 
Sənəd layihəçi “SOCAR-Foster Wheeler” Mühəndis Xidmətləri MMC (SFV) və PMC şirkət olan ''Fluor'' tərəfindən torpaq tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında ''SOCAR Fugro'' MMC ilə zavod arasında bu gün imzalanıb. Bu münasibətlə keçirilmiş mərasimdə müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott imzalayıblar. Zavodun direktoru Elman İsmayılov, baş mühəndisi Nail Əmirov, ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK) baş direktorunun müavini Rauf Nağıyev imzalanan müqavilənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müqavilə çərçivəsində zavod daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji – hidrogeoloji və geofiziki qrunt tədqiqatları aparılacaq, yekun olaraq hesabat və digər aidiyyəti sənədlər hazırlanacaq. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaq. Bu işlərə “SOCAR Fugro” MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsinin də cəlb edilməsi vurğulanıb.
 
Xatırladaq ki, “SOCAR Fugro” MMC SOCAR-ın bir sıra layihələrində, o cümlədən Səngəçal terminalı ilə əlaqədar bütün layihələrdə, NQENKK-nın layihəsində podratçı qismində iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org