“Baki ne Seudiyyenin ittifaqina qosular, ne de…”

09:25 – xeber – Suriya məsələsində Amerikanın mövqeyini aydın başa düşmək olmursa, Azərbaycan özünə niyə əlavə problem yaratmalıdır?!
 
Bu fikirləri Axar.az-a politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri hesab edir ki, rəsmi Bakı Suriya müharibəsində heç bir dövlətin yanında olmayacaq:
 
“Çünki Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Rəsmi Bakı hər hansı blok və ya hərbi ittifaqa daxil ola bilməz. Balanslaşdırılan siyasi kurs diktə edir ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirsin”.
 
Ekspertin fikrincə, Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərəfdaşdır: “Əgər çətin məqam olsa, Bakı Ankaranın mövqeyindən çıxış edə bilər. Ancaq Azərbaycan ilk növbədə öz dövlət maraqlarını güdməlidir.
 
Bu maraqlara görə nə Səudiyyənin təşkil etdiyi islam ittifaqına qoşula, nə də Rusiyanın Suriyada apardığı əməliyyatlara birmənalı haqq qazandıra bilərik”.
 
Siyasi şərhçinin ehtimalına görə, Türkiyə Prezidenti Tayyib Ərdoğan Bakı səfərində Azərbaycanın mövqeyini başa düşəcək.
 
Qeyd edək ki, fevralın 18-də Türkiyə və Azərbaycan prezidentlərinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında görüşü gözlənilirdi. Amma ötən gecə Ankarada baş verən terakt səbəbindən Ərdoğanın Bakı səfəri təxirə salındı. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org