Baki meni heyran etdi – Qolodest

01:16 – xeber – Bakıya, Foruma gəlmək mənim üçün böyük şərəfdir. Bu, Azərbaycana ilk səfərimdir. Bakı gözəlliyi ilə məni heyran etdi. Çox müasir, həm də dinamik inkişafı göz qabağında olan şəhərdir.
 
Bu sözləri AzərTac-a müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets söyləyib.
 
O deyib: “Biz mehriban qonşuluq münasibətlərimizi yüksək qiymətləndiririk və bu münasibətləri möhkəmləndirmək üçün ölkələrimizin liderlərinin nə qədər çalışdığını başa düşürük. Bu gün Azərbaycan ilə Rusiya Federasiyası arasında elm, mədəniyyət və təhsilin müxtəlif sahələrində 90-dan çox sazişin imzalanması elə humanitar əlaqələrimizin necə inkişaf etdiyinə nümunədir”.
 
Rusiya Hökuməti sədrinin müavini əlavə edib: “Bu gün biz təhsil, səhiyyə və mədəniyyət sahələrində əlaqələrimizin perspektivlərini müzakirə edəcəyik. Məlumdur ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. İndi də Azərbaycan Dərbənddə Azərbaycan Dövlət İqtisad Universitetinin filialını açır. Bu da bizim üçün çox əhəmiyyətlidir. Humanitar əlaqələrin bu dərəcədə sıx olması, onların inkişafı və genişlənməsi mehriban qonşuluğun, iki xalqın rifahı naminə bir-birinə hörmətin bariz nümunəsidir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org