Baki kucelerini yagis suyu basmayacaq – Foto


[r32]
– xeber –
Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kollektorlar tikilir.
Azərsu ASC-dən Axar.az-a verilən məlumata görə, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq 4 ərazidə – Böyükşor gölü, Ramana Südçülük Sovxozu və Binəqədi şosesi və Ə.Əliyev küçəsində tikinti-quraşdırma işləri başa çatdırılıb, digər istiqamətlərdə layihələrin icrası davam etdirilir. Qısa müddətdə tikintisi nəzərdə tutulan 21,5 km kanalizasiya kollektorlarının 11,5 km-lik hissəsi inşa edilib.
Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə işlərin birinci mərhələsi yekunlaşıb. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.
Hazırda digər layihələr üzrə də işlər davam etdirilir. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq.
Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən Azərsu-ya 14,7 milyon manat vəsait ayrılıb.
İcra olunan layihələr:
1. Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi.
2. Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi.
3. Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
4. Binəqədi şosesi boyu kollektorun tikintisi.
5. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi.
6. Sabunçu rayonu ərazisində kollektorun tikintisi.
7. Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
8. Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması sistemlərinin tikintisi.
9. Sabunçu rayonu “Şuşa” şəhərciyi ərazisində yağış suları kollektorunun tikintisi.
10.Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi.
11.Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi.
12.Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi.
13.Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org