Baki İranda dilimizin tedrisine destek verecekmi? – Resmi

09:50 – xeber – İranda yaşayan azərbaycanlıların öz dillərində təhsil almaq hüquqlarının bərpa olunması fonunda bu ölkəyə Azərbaycan dilində metodiki vəsaitələrin göndərilməsi və müəllimlərimizin sözügedən ərazilərdə ödənişli məzuniyyət məsələsi hökumətlərarası sazişlərlə tənzimlənir.
 
Bu barədə Axar.az-ın sualına cavab olaraq Təhsil Nazirliyinin məbuat xidmətindən bildiriblər. Məlumat vurğulanr ki, gələcəkdə belə bir məsələ gündəmə daxil olarsa, hökumət tərəfindən baxılacaq:
 
“Təhsil Nazirliyinə Azərbaycan dilində olan tədris resurslarının əldə edilməsi ilə bağlı hər hansı bir müraciət daxil olmayıb. Ümumiyyətlə, bir qayda olaraq, belə məsələlər hökumətlərarası sazişlərlə tənzimlənir və gələcəkdə belə bir məsələ gündəmə daxil olarsa, hökumət tərəfindən baxılacaq”.
 
Qeyd edək ki, bir neçə gün öncə İran hökuməti xalqın əksəriyyətinin türk və kürd olduğu bölgələrdəki məktəblərdə dərslərin türk və kürd dilində keçirilməsi haqqında qərar verib.
 
Bundan öncə isə İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını müdafiə edib.
 
İran Konstitusiyasının 15-ci maddəsi də bu ölkə ərazisindəki bütün xalqlara öz dillərində təhsil hüququ tanıyır.
 
Qərarın mahiyyəti ondan ibarətdir ki, artıq bundan sonra milli azlıqların nümayəndələri orta təhsil zamanı öz ana dilləri və ədəbiyyatlarını öyrənə biləcəklər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org