Baki ile emekdasliq tehlukesizliye xidmet edir – Sekuta

19:10 – xeber – Böyük Britaniya və ABŞ-ın Azərbaycandakı səfirlikləri Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisi çərçivəsində birgə qəbul təşkil edib.
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kofts Britaniya-Azərbaycan əlaqələrinin çox güclü olduğunu bildirib.
 
Onun sözlərinə görə, Britaniya uzun müddətdir Azərbaycanda ən böyük investordur.
 
Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson isə 23-cü Xəzər Neft və Qaz sərgisində baş nazir Devid Kameronun təbrik məktubunu oxuduğunu bildirib: "Britaniya Azərbaycanda ən böyük investordur. İnvestisiyaların əksər hissəsi neft və qaz sahəsinə aiddir. Lakin bizim daha çox iş görmək üçün potensialımız var. Azərbaycanda 400-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycan Avropa oyunlarına ev sahibliyi edib. Bu ay isə Formula 1 yarışlarına ev sahibliyi edəcək. Mən Azərbaycana uğurlar arzulayıram. Britaniya şirkətləri idman sahəsində bilik və bacarıqlarını sizinlə bölüşürlər. Gələcəkdə də bu təcrübəni bölüşməyə hazırıq". 
 
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın vacibliyini qeyd edib: "ABŞ, Birləşmiş Krallıq, Aİ və Azərbaycanın əməkdaşlığı dünya ölkələrinin enerji ilə təmin edilməsi və enerji təhlükəsizliyinin təminatı üçün çox vacibdir.  Bu gün keçirilən tədbir və sərgi əhəmiyyətlidir". 
 
Öz növbəsində ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi xanım Robin Dunniqan iki ölkə arasında əməkdaşlığın ortaq maraqlara və enerji təhlükəsizliyinə xidmət etdiyini deyib: "Azərbaycanın müstəqilliyinin 25 ili ərzində ABŞ bu ölkənin ortaq maraqlar istiqamətində yaxın tərəfdaşı olub. Enerji sahəsindəki əməkdaşlıq bu əməkdaşlığın mühüm hissəsidir". 
 
O həmçinin hər il keçirilən neft-qaz sərgisinin əhəmiyyətini qeyd edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org