Baki Forumunun beyannamesi qebul edildi – Metn

17:00 – xeber – V Bakı Beynəlxalq Humanitar Forumunun nəticəsi olaraq Bəyannamə qəbul olunub.
 
Axar.az bəyannamənin mətnini təqdim edir:
 
“V Bakı Beynəlxalq Humanitar Forumununda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycanın paytaxtı Bakı şəhərində toplaşan siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsini, BMT Baş Assambleyasının 2030-cü ilədək davamlı inkişafa dair 2015-ci il 25 sentyabr tarixli Qətnaməsini və iqlim dəyişikliklərinə dair 2015-ci il 12 dekabr Paris Razılaşmasını rəhbər tutaraq:
 
Minillik Bəyannaməsində hədəflənmiş məqsədlərə nail olunmasında müəyyən irəliləyişlər əldə edildiyini vurğulayaraq çox sayda humanitar problemlərin, xüsusilə təhsil və səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya kommunikasiya texnologiyalarının yayılması, "rəqəmsal fərqlər"in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılan əhəmiyyətli nailiyyətləri yüksək dəyərləndirərək;
 
davamlı inkişaf sahəsində 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni miqyaslı və ambisiyalı ümumi gündəliyə sadiqliyimizi bəyan edərək və insan kapitalının qorunması və artırılmasının əhəmiyyətini vurğulayaraq;
 
insan ləyaqətinin, hüququn aliliyi, ədalət, bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə hörmət prinsiplərinin başlıca əhəmiyyət daşıdığını etiraf edərək və insan kapitalının artırılmasının minilliyin məqsədlərinin gerçəkləşdirilməsində əsas şərt olduğunu hesab edərək;
 
hamını davamlı inkişaf sahəsində bəyan edilmiş 17 məqsədə nail olmaq üçün qüvvələri səfərbər etməyə və bəşəriyyət qarşısında qoyulan 169 məsələnin həllində qərarlılıq nümayiş etdirməyə çağıraraq;
 
sülh olmadan davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərək və bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin təxirə salınmadan və ədalətli həllinə çağıraq;
 
davamlı inkişafı təşkil edən iqtisadi, sosial və ekoloji komponentlərin həyata keçirilməsinin tarazlı təmin olunmasının zəruriliyi ilə razılaşaraq;
 
bir çox ölkələrin davamlı inkişaf yolunda qısamüddətli və uzunmüddətli müxtəlif proqramların tərtib olunmasını tələb edən böyük problemlərin hələ də mövcüdluğunu dərk edərək, kəskinkəşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bunlarla əlaqədar humanitar böhranları və insanların məcburi yerdəyişmələrimi qətiyyətlə pisləyərək;
 
mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılan nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətləri və imkanlarının alınması hallarının olduğunu qeyd edərək;
 
gender bərabərliyi siyasətinə və həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqliyimizi bəyan edərək;
 
yalnız humanitar etikanı əsas prinsiplərinin nəzərə alınmasının və bütün intellektual, mədəni və sosial potensialın səfərbər edilməsinin ekoloji sivilizasiya hüququnda təsdiqinin mümkünlüyünə diqqət yetirərək;
 
humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin və informasiya texnologiyalarının böyük əhəmiyyətini nəzərə alaraq;
 
yaşadığımız planetin və onun təbii ehtiyatlarının etibarlı qorunması, iqlim amilləri və bioloji müxtəlifliyin mühafizə zərurətini nəzərə almaqla inkişafın və texnologiyalardan istifadənin təminatı üçün qüvvələrin səfərbər olmasını arzu edərək;
 
qloballaşma şəraitində elmi ictimaiyyətin XXI əsrin çağırışlarına adekvat cavab axtarışları, elmlərin konvergensiyası və innovativ texnologiyaların, eləcə də biotexnologiyaların çox sayda fəlsəfi və etik problemlər meydana gətirdiyini xatırladaraq;
 
diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində qlobal humanitar problemlərin multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru; insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmli davamlı inkişafının əsası kimi; jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu; davamlı inkişaf və ekoloji sivilizasiya; molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər; texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin çağırışları kimi aspektləri nəzərdən keçirərək:
 
V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu və heç şübhəsiz, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan edirik;
 
yalnız insan kapitalına yatırılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik, istehsal, elm və informasiya kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərt olduğunu hesab edirik;
 
Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikulturalizmin nəzəriyyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;
 
Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində, eləcə də əhalinin effektli istifadəsində yüksək nəticələr əldə olunduğunu ifadə edirik;
 
insan kapitalının, həmçinin fənlərarası ən yeni bilik və bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yolu ilə davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik;
 
Sivilizasiyalararası, mədəniyyətlərarası və konfessasiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vuğulayırıq;
 
ekoloji sivilizasiya haqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsini vacibliyinə xüsusi diqqət yetiririk;
 
elmi ictimaiyyətin ən müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyalarının konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk;
 
humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və "dəyirmi masa"ları mütəmadi şəkildə keçirməyə çağırırıq;
 
bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk;
 
bu Bəyannamənin qəbul edilməsinin və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadə olunmasını vacib sayırıq”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org