Baki Forumu İtaliya metbuatinda – Foto

21:05 – xeber – Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum İtaliya mətbuatında geniş işıqlandırılıb.
 
Azərbaycanın İtaliyadakı səfirliyindən Axar.az-a bildirilib ki, bu ölkənin mətbuatı Forumun təşkilini, mövzuların aktuallığını, “dəyirmi masa”larda səsləndirilən fikirlərin və aparılan müzakirələrin səmərəliliyini, o cümlədən ikitərəfli görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
 
“Adn Kronos International SRL” agentliyinin “İlham Əliyev: “Multukulturalizm sülhün açarıdır” adlı yazısında Forumla bağlı ətraflı məlumat verilir. Məqalədə, həmçinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də digər natiqlərin səsləndirdiyi fikirlər əksini tapıb.
 
“Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra” nəşrində dərc olunan “Multukulturalizmə təhdidlər” adlı məqalədə ölkəmizin geostrateji əhəmiyyəti və son illərdə burada müşahidə edilən inkişafla bağlı məlumat verilir. Jurnalist Matteo Karnielettonun müəllifi olduğu yazıda tarixən ənənəvi tolerant ölkə olan Azərbaycanın dünya multurkulturalizminə verdiyi töhfələrdən və bu kontekstdə keçirilən Forumun əhəmiyyətindən danışılır.
 
İtaliyalı jurnalist Domeniko Letisiyanın “L`Opinione” qəzetində dərc etdirdiyi “Bakı multukulturalizmin paytaxtı” və “Il Monito” analitik-informasiya portalında yerləşdirdiyi “Multikulturalizm radikalizmə qarşı cavab kimi” adlı məqalələrdə Forumda və “dəyirmi masa”larda müzakirə olunan mövzular barədə söhbət açılır, ölkəmizdə mövcud olan dini və etnik tolerantlıq mühiti yüksək qiymətləndirilir.
 
İtaliyalı hüquqşünas və beynəlxalq iqtisadiyyat üzrə mütəxəssis, Forumun iştirakçısı Nuntsio Bevilakua “Adn Kronos”, “ANSA”, “Dire”, “Economia Vicenza Piu”, “Larena” və “Notizie Tiscali” kimi KİV-lərə verdiyi müsahibələrdə Azərbaycanın neft satışından əldə olunan gəlirlərdən səmərəli istifadə etdiyini, ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika sahələrinin inkişafına sərmayə yatırdığı barədə danışıb. N.Bevilakua Şərq ilə Qərb, Rusiya ilə Körfəz ölkələri arasında strateji mövqe tutan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında neft ölkəsindən texnosənaye ölkəsinə çevriləcəyinə əminliyini ifadə edib.
 
“Fides” xəbər agentliyi isə Forumda Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqində Avropada islamofobiya meyllərinin artması və müsəlman miqrantların üzləşdiyi ədalətsizliklərə dair səsləndirdiyi fikirlərə xüsusi yer verib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org