Baki Formula-1-e tam hazirdir – Vaytinq

21:48 – xeber – Bakı şəhər halqası Formula-1 Avropa Qran-pri yarışını yüksək səviyyədə keçirmək üçün tam hazırdır. Son müşahidələrimiz bunu deməyə əsas verir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda təşkil ediləcək Formula-1 yarışından əvvəl trekdə görülən hazırlıq işlərinin gedişini yoxlamaq üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.
 
Bakıya növbəti səfərindən məmnunluğunu bildirən C.Vaytinq deyib ki, trekin Formula-1-in şəhər yarışına hazırlıq səviyyəsini öyrənmək üçün keçirilən sonuncu baxışdan indiyədək bir ay keçib. FİA nümayəndə heyətinin baxışı zamanı ötən müddətdə burada xeyli iş görüldüyünün şahidi olduq. Çəkilən yol artıq tam hazırdır. Yol və onun ətrafında quraşdırılmış obyektlər yüksək keyfiyyətlidir. Bu işləri ərsəyə gətirdiyimizdə şəhərdə paralel olaraq nəqliyyatın hərəkətini də təmin etmək vacib idi. Bakı şəhər halqası boyunca hazırlıq işləri tamamlanıb. İşlərin planlaşdırdığımız kimi aparılması məni valeh etdi. Ümumilikdə işlər beynəlxalq standartlar səviyyəsində görülüb. Təhlükəsizlik baryerləri və çəpərlərlə bağlı müəyyən işlər qalıb. Bütün bu işlər başa çatdıqdan sonra yarış keçiriləcək.
 
Ç.Vaytinq deyib ki, Bakıda yağışlı havanın yarışa elə də təsir etməyəcəyini düşünürəm. Çünki yarış avtomobillərinin təkərləri olduqca qalındır, onlar sürüşməyə tab gətirə bilir. Ancaq həddən artıq güclü yağış yağarsa, avtomobili idarə etmək çətin olacaq və bu, eyni zamanda, pilotlar üçün yeni bir çağırış olacaq. Güclü leysan yağışları xoşagəlməz hadisələrin baş verməsinə səbəb olduqda isə yarışlara nəzarət edən heyət müəyyən qərarlar qəbul edəcək.
 
“Yarışla bağlı görülmüş təhlükəsizlik tədbirlərindən tam məmnunam. Son iki il ərzində biz bu məsələləri müzakirə etmişdik. Lazımı tədbirlər görülüb. İçərişəhər divarları boyunca trekin 8-ci dövrədən başlayaraq 11-ci dövrəyə qədər davam edən yoxuşlu dar küçə ən ensiz hissəsidir. Ancaq bu treki tərtib edənlər və həmçinin mühəndislər əllərindən gələni ediblər ki, trasda təhlükəsizlik tam şəkildə təmin olunsun. Burada bolidlərin qarşısını kəsə biləcək hər hansı mane yoxdur”, – deyə Ç.Vaytinq vurğulayıb.
 
FİA-nın eksperti qeyd edib ki, qəza baş verərsə pilotlar üçün ən təhlükəli məsələ avtomobillərin təkərləridir. Biz bu sınağı elə apardıq ki, avtomobillər saatda 200 kilometr sürətlə hərəkət etdiyi zaman təkər çıxdıqda pilotlar zədə almasın. Bu baxımdan testimizi apardıq və nəticələrdən razıyıq. Bakı şəhər halqasını yarışlar üçün rəsmən hazırlamaq üçün gələn həftədə paytaxtınızda olacağam.
 
Qeyd edək ki, gələn həftədən etibarən Formula-1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyasını nümayəndələri, komandalar və turistlər Bakıya gələcəklər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org