Baki 12 zonaya bolundu – ev satisinda ferqli vergi alinacaq

8 Yanvar 2016 22:55 – xeber –
Yanvarın birindən mənzil satışında sadələşdirilmiş vergi tətbiq olunur. Yəni, evini aldığı vaxtdan 5 il müddət ərzində satanlar mənzilin ölçülərinə və zona əmsalına uyğun vergi verməlidir. Olkem.az xezerxeber.com-a istinadən xəbər verir ki, artıq Bakı üçün həmin zonaların sərhədləri müəyyənləşib. Həmin əraziləri təqdim edirik.
Bakıda ən yüksək vergi birinci zonaya şamil edilib. Bura Əl Oyunları Stadionundan Azneft meydanına qədər ərazi, İstiqlaliyyət, Nizami, Rixard Zorge və onlara yaxın digər mərkəzi küçələr daxildir. 1-ci zonanın əmsalı 4-dür.
2-ci zonanın sərhədləri Nizami küçəsindən başlayaraq, şimal və qərbə doğru uzanır, metronun "28 May" stansiyası və Dəmir Yolu Vağzalını əhatə edir.
3-cü zonaya Şəhidlər Xiyabanı ətrafından Yasamal rayonunun cənub hissəsi, Nərimanov rayonu- Dərnəgül şosesi istiqamətinə qədər olan ərazilər daxildir. 4-cü zona Yasamal rayonunun şimal hissəsini əhatə edir. 5-ci zonaya Yasamal rayonunun şimal-şərq hissəsi aid edilib. 6-cı zona Yasamal, Nəsimi və Nərimanov rayonlarının kəsişdiyi əraziləri əhatə edir ki, bu da başlanğıcını Tbilisi prospektindən götürərək Koroğlu metrostansiyanına qədər uzanır. Bura Nizami rayonunun cənub istiqaməti, Qara Qarayev prospekti ilə metronun "Xalqlar Dostluğu" stansiyanın ərazisinə qədər olan hissə də aiddir. 7-ci zona metronun "20 yanvar" stansiyanın ətrafından başlayır, Nərimanov, Binəqədi və Nizami rayonlarının kəsişdiyi əraziləri əhatə edir. 8-ci zona Dəniz vağzalı ətrafından Xətai, Nizami rayonları və Sabunçu dairəsindən keçməklə Suraxanı rayonunun sərhədlərinə qədər uzanır.
Verginin məbləği alqı-satqı vaxtı notariusda hesablanıb ödənilir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org