Bahalasmaya qarsi tedbirler plani hazirlanir

13:47 – xeber – Mərkəzi Bankın manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarı bir çox sahələrdə qiymət artımına səbəb olub. Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğu süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır.

Nazirliyin açıqlamasında qeyd edilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün hazırlanır.


Bakıda təşkil edilən yarmarka

Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Məlumat üçün qeyd edək ki, ötən gün açıqlama verən kənd təsərüffatı naziri Heydər Əsədov da manatın devalvasiyasından sonra süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə tədbirlər görüləcəyini deyib. Heydər Əsədovun sözlərinə görə, nazirlik kənd təsərrüfatı yaramarkalarının həm sayını, həm də həcmini genişləndirmək niyyətindədir.


Heydər Əsədov – kənd təsərrüfatı naziri

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org