22:51 – xeber – Bu gün saat 17 radələrində Bakı – Quba – Rusiya sərhədi yolunun 122-ci km-də Şabran şəhəri ərazisində 7 yaşlı piyada uşaq yol qəzasının qurbanı olub.
ANS-in məlumatına görə, Bakıdan Quba istiqamətinə gedən, Xaçmazın Cax-Caxlı kənd sakini, 51 yaşlı Şamil İsmayılovun idarə etdiyi VAZ 21043 markali avtomobillə yolu keçən Şabran şəhər sakini, 7 yaşlı Rüstəm Mirzəyev vurulub. Uşaq dərhal keçinib.
Hadisə yerini muayinə etmiş BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, uşaq hadisə vaxtı atası ilə birgə olub, qəfildən o qaçıb yola çıxıb.
Qəzanın baş vermə səbəbi araşdırılır.