"Azeryolservis" ASC-den cat – Aciqlamasi

– xeber – O çat köhnədir, panikaya heç bir səbəb yoxdur.

 

Bu sözləri "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakı-Sumqayıt yolunun Avtovağzal hissəsində yaranmış çatla bağlı Yeni Müsavat-a açıqlamasında səsləndirib. 

 

Anar Nəcəfli bildirib ki, bu haqda onlarda məlumat var və sırası gələndə o problemlər də aradan qaldırılacaq: “Orda yeni çat yoxdur. Köhnədir. Bununla bağlı məlumatımız var. Panikaya səbəb yoxdur. Orada heç bir təhlükə də yoxdur. Yeni çat deyil. İnsanlar arasında niyə, hansı məqsədlə təşviş yaradırlar, anlamıram. Bu çat Bakıdan Sumqayıta doğru gedən istiqamətdədir. Avtovağzal tərəfdə bərkitmə işləri yekunlaşan kimi həm Sumqayıt istiqamətindən Bakıya giriş tərəf, həm də əksinə, Bakıdan-Sumqayıta gedən tərəfdə olan yolun deformasiyaya uğramış hissələri bərpa ediləcək”.
 
Qeyd edək ki, Bakı-Sumqayıt şosesinin avtovağzal kompleksinə yaxın  hissəsində yol yenidən çöküb. Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb. Yolun bir hissəsinin deformasiyaya uğraması nəticəsində qəza şəraiti yaranıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org