“Azersell”in 4G sebekesine kec, hediyye qazan!


[r32]
– xeber –
Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib “Azərsell Telekom” bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni kampaniyaya başlayır.
Şirkətdən Axar.az-a verilən məlumata görə, indi Şirkət 5GB internet paketini bütün abunəçilərinə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi nəzərdə tutulan 5GB internet ilə abunəçilər əsl 4G sürətini sınamaq imkanı qazanacaqlar. Kampaniya haqqında ətraflı məlumatı www.Azərsell.com internet səhifəsində əldə etmək mümkündür.
Məlumat üçün bildirək ki, 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən Sim Kartı və telefon ayarlarında şəbəkə seçimi 4G olmalıdır. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər “Azərsell” Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edə bilərlər.
Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azərsell” 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan “Azərsell”-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.
Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.
“Azərsell” şirkəti abunəçilərinə yüksəksürətli mobil internetdən yararlanması istiqamətində təşəbbüslərini davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org