“Azersell” novbeti Karyera Sergisinde – Foto


[r32]
– xeber –
Ölkəmizdə tələbə və məzunlara dəstək məqsədilə təşkil olunan Karyera Sərgilərində iştirakı ənənəyə çevrilən “Azərsell Telekom MMC ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutan 1-ci “Karyera sərgisi”nə qatılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbində baş tutan sərgidə şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tərəfindən hazırlanan “Azərsell”in stendi hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada, həmçinin, “Azərsell”də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında da məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri “Azərsell”ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd – öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki, “Azərsell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq “Azərsell”in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində də “Azərsell” tələbələrə dəstək olub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org