Azerbaycanlilarin qatilinin nevesi Reisinin komandasinda


[r32]
– xeber –
Ötən əsrin əvvəllərində Azərbaycan türklərinin qətliamına fərman vermiş talançı İsmayıl Simitkonun nəvəsi Arman Simitko İran prezidentliyinə namizəd İbrahim Rəisinin seçki qərargahının əsas məsullarından biri kimi təyin olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bölgədə PKK və “Pejak” terror qruplaşmalarının tərəfdarı kimi tanınan Arman Simitkonun prezidentliyə namizədin seçki qərargahına cəlb olunması azərbaycanlıların narahatlığına səbəb olub.
Məlumata görə, İbrahim Rəisinin Qərbi Azərbaycan seçki qərargahının rəisi Nəsrullah Əsədullahi Arman Simitkonu vilayətin mərkəz və şimal bölgələrində yaşayan etniklərin əlaqələndirmə işləri üzrə məsulu təyin edib. Seyid Əta Hüseyni adlı bir şəxs Bələdiyyə İdarəsindən ona verilən vəddən sonra Arman Simitkonu sözügedən seçki qərargahına təqdim edib və onun səlahiyyətini təsdiqləyib.
Qeyd edək ki, ötən əsrin əvvəllərində, birinci dünya müharibəsinin sonlarında kürd, erməni və asuri dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. İsmayıl Simitko bu hadisələrdə Azərbaycan türklərinə qarşı qətliam törədən kürd dəstələrinə rəhbərlik edib, onun adı Azərbaycanda qatil, cinayətkar və talançı kimi tarixə düşüb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org