Azerbaycanlilar vahid quvveye cevrilibler – Oyta

23:25 – xeber – Dünya Azərbaycanlılarının IV Qurultayı bütün dünyada yaşayan azərbaycanlıların müstəqil dövlətimiz ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri AzərTac-ın Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti Mikayıl Oyta deyib.
 
Dünya azərbaycanlılarını növbəti toplantı vasitəsilə təbrik edən M.Oyta bildirib ki, son illərdə diaspor quruculuğu sahəsində mühüm uğurlar qazanılıb. Həmin uğurların əsası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev tarixi, dərin məzmunlu nitqini xatırladan Assosiasiya prezidenti vurğulayıb ki, məhz bu qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb. Bu gün dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar ümumi amallar naminə birləşərək vahid qüvvəyə çevrilib. Diasporumuz, o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların diaspor təşkilatları Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsində, ölkəmizlə bağlı həqiqətlərin yayılmasında əlindən gələni edir. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi hər bir diaspor üzvü üçün qarşıda duran vəzifələrin müəyyən edilməsində əsl istiqamətverici və proqram xarakterli oldu. Bu nitq bir daha göstərdi ki, gənc Azərbaycan artıq qüdrətli dövlətə çevrilib və regionda heç bir böyük layihə onun iştirakı olmadan həyata keçirilə bilməz.
 
Azərbaycan Ordusunun aprelin əvvəllərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyatları xatırladan avstraliyalı həmyerlimiz bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, əsgərlərimizin bu qələbəsi bütün dünyada yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Bütün dünya Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək qətiyyətinin və əzminin şahidi oldu. Diaspor üzvləri isə əmin oldular ki, əgər Ermənistan işğal etdiyi torpaqları danışıqlar yolu ilə qaytarmasa, qəhrəman Azərbaycan Ordusu bu torpaqları qısa müddətdə geri qaytara bilər. Biz Ordumuzla fəxr edirik. Yaşasin Odlar Yurdu Azərbaycan!

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org