Azerbaycanlilar ucun iftar sufresi acildi

18:08 – xeber – Effektiv Cəmiyyət İnstitutu İctimai Birliyinin dəstəyi, Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün iftar süfrəsi açılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qonaqlar süfrə arxasında səmimi söhbət, o cümlədən diasporla bağlı fikir mübadiləsi ediblər. Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, Effektiv Cəmiyyət İnstitutu İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb dəvəti qəbul etdiklərinə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib: “Azərbaycan sizin öz eviniz, yurdunuzdur. Dünyanın harasında yaşamağınzdan asılı olmayaraq, biz hamımız eyni millətin nümayəndələriyik. Sizlərin işi bilirik ki, çox çətindir. Xaricdə bizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə minnətdarlığımızı bildiririk. Çətin və məsuliyyətli işinizdə sizə uğurlar arzu edirik”. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Elnur Eltürk çıxış edərək milli diaspordan böyük gözləntiləri olduqlarını deyiblər.
 
Gecənin fəxri qonağı olan Küveyt vətəndaşı, Vətənsevər Dostluq Cəmiyyətinin əməliyyat müşaviri Bədi Haşim Əli dəvətə görə Effektiv Cəmiyyət İnstitutu İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb minnətdarlığını bildirib: “Sizin kimi insanlarla tanış olmağıma çox şad oldum. Azərbaycan və azərbaycanlılarla çox fəxr edirəm. Küveyt vətəndaşı olsam da, Azərbaycanın xaricdə təbliği üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm”.
 
Görüşdə iştirak edən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova, Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr müavini Leyla Kiani, Küveytdəki Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, Hollandiya-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl, Azərbaycan – İndoneziya Dostluq Assosiasiyasının sədri Elmar İskəndərov və digərləri görüşün təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.
 
Qeyd ediblər ki, xaricdə onların gördüyü işlərə vətəndə qiymət verilirsə, bu, onların diaspor məsuliyyətini daha da artırır. Gecənin sonunda Effektiv Cəmiyyət İnstitutu İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb tərəfindən diaspor nümayəndələrinə hədiyyələr təqdim olunub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org