Azerbaycanlidan ermeni separatciya – Etiraz

19:45 – xeber – Bu gün Gürcüstan parlamentində milliyyətcə azərbaycanlı olan deputat Azər Süleymanov Cavaxetiya bölgəsində yaşayan, separatçı çıxışları ilə tanınan Vaan Çaxalyanın bir neçə gün əvvəl verdiyi bəyanata münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, A. Süleymanov V. Çaxalyanın bəyanatının türklər və azərbaycanlıların əleyhinə olduğunu bildirib.
 
Qeyd edək ki, deputatın çıxışı Gürcüstan televiziyası ilə canlı yayımlanıb.
 
A. Süleymanov bildirib ki, hələ də Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi qiymət verilməyib. Gürcüstan parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verən deputat qeyd edib ki, 24 il bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Rusiya ordusunun köməyi ilə Xocalı şəhərində yaşayan azərbaycanlıları işgəncə ilə öldürüblər. Onun sözlərinə görə, bu dəhşətli cinayətləri törədənlər hələ də azadlıqdadır.
 
“Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər əraziləri rus tanklarının və erməni separatçılarının köməyi ilə işğal edilib. Bu işğala oxşar hadisələr Gürcüstanın da başına gəlib. Mən azərbaycanlıyam, Gürcüstan isə vətənimdir. Çaxalyan öz bəyanatında bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə türklərə və azərbaycanlılarına üstünlük verir. Mən bu bəyanatla əlaqədar Gürcüstan prezidentinə, parlament sədrinə müraciət edirəm. Xahiş edirəm ki, Çaxalyanın bu separatçı bəyanatına reaksiya verilsin”, – deyə o vurğulayıb.  
 
A. Süleymanov Baço Axalaya, Giqi Uqulava və Vano Merabişvili kimi vətənpərvər şəxslərin hələ də həbsdə saxlanıldığını, lakin separatçı Çaxalyana amnistiya verildiyini vurğulayıb. Deputat Gürcüstanla Azərbaycanın həmişə bir yerdə olduğunu deyərək, ölkələr arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.
 
Qeyd edək ki, "Vahid Cavaxk" təşkilatının lideri V. Çaxalyan Saakaşvili hakimiyyəti dönəmində həbs olunub. 2013-cü ildə isə əfv edilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org