Azerbaycanli mugennini sevdiyi qizin atasi DÖYÜB

7 Oktyabr 2016 17:27 – xeber –
Publika.az-ın "Haralısan" layihəsinin budəfəki yazısında Qaxdan bəhs edilib.
Şou-biznesin qaxlı məşhuru müğənni Vüqar Muradov anadan olduğu bölgə barəsində və orada yaşadığı müddətdə başına gələn bir neçə maraqlı hadisələrdən danışıb.
Olkem.az sözügedən açıqlanı təqdim edir:
– Qoy, mən sizə qaxlıların xarakterik xüsusiyyətlərini sadalayım. Qaxlılar dürüst, həddən artıq səmimi, saf olurlar, bu da onlara çox vaxt başağrısı gətirir. Onlarda yalandan kiminsə üzünə gülmək, "xa-xa-xa", "hi-hi-hi" yoxdur. Bizlərə buna görə "quru bəylər" deyirlər. Başımı kəs, xeyri yoxdur, sözü düz üzə şapalaq kimi vuracam. Buna görə biz qaxlıları təkəbbürlü, yekəxana kimi qələmə verirlər. Amma, əslində, tam fərqliyik. Bizlərdə yalan danışan adamı barmaqla göstərib, ona pis adam kimi baxarlar. Biz yola verməyi bacarmırıq. Buna görə də çox adamın məndən zəhləsi gedir.
Qaxla bağlı xatirələrim ən çox uşaqlığımla bağlıdır. 11 yaşım olanda məktəb yoldaşım olan bir qızı sevirdim. Hər gün qızın dalına düşürdüm. Anası xəbər göndərdi ki, qızımdan əl çəkməsən, səni döydürəcəm. Doğrudan da, bir gün atası məni tutub qulaqburması verdi. Yenə də əl çəkmədim, axırda özüm bezdim və başqa qızı sevməyə başladım. İndi o qızlar çoxdan ərə gediblər. Bu yaxınlarda gördüm bir oğlan mənə deyir ki, Vüqu əmi, anam sənnən bir sinifdə oxuyub. Dedim, necə, əmi? Sevdiyim qızların indi mən boyda oğlanları var.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org