Azerbaycanli muğenni xalq artisti ile “evlendi” – FOTO

18:24 – xeber – Tanınmış 44 yaşlı rusiyalı məşhur opera ifaçısı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov toylarını məşq ediblər.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, məşhur ifaçı Vyanada evində milad bayramını qeyd edib.

Cütlük Vyanadaki evlərini bəzəyib böyük yolka quraşdıraraq dostlarını və şaxta babanı evə dəvət edib.

Ev sahibləri ilə və yaxın dostları evdə mahnı oxuyublar və bir neçə gündən sonra baş tutacağı toylarını məşq ediblər.

Ötən il nişan mərasimi olan cütlük dekabrın 29-da nikaha daxil olacaqlar. Anna və Yusif üçün bu ilk nikah olacaq. Anna oğlunun atası – opera sənətçisi Ervin Şrotto ilə rəsmi nikahda olmayıb.


Y.Eyvazovun nişan mərasimindən görüntü

Onlar Vyana ratuşunda nikaha daxil olacaqlar, mərasim isə Belveder sarayında olacaq. 200-ə yaxın dəvətli saraya karetalarda gələcək.

Anna Netrebko kral ailə üzvlərinin taxdığı tacdan da taxacaq. Kübar cəmiyyətin seçimi olan “Chopard” sadə və gözəl tacı ifaçıya təqdim edəcək. Bu tac Britaniya kral ailəsinin gəlini Keyt Midltonun toy günü taxdığı taca bənzəyir.


Keyt Mideltonun toy günü taxdığı tac

Bu tac Netrebkonun toyu üçün xüsusi hazırlanır. Ağ qızıldan olan tac brilyantlarla bəzədilib. İlkin məlumata görə, ancaq tacın qiyməti 2 milyon avro dəyərindədir.

Yusif Eyvazov və Anna Netrebko 2014-ci ilin fevral ayında “Manon Lesko” operasında birgə fəaliyyət zamanı Roma şəhərində tanış olublar.

Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org