Azerbaycanli mugenni Turkiyede ere getdi (FOTO)

6 İyun 2016 16:07 – xeber –
"Azəri Star" mahnı müsabiqəsindən tanınıb sevilən, "Qara-qara", "Bluetooth", "Lava", "Optimist", "Milyonların Arzusu" mahnıları ilə populyarlaşan müğənni Arzum Xəlilova ailə həyatı qurub.
Xatırlayırsınızsa, qəfil parlayıb və bir anda ekranlardan itən ifaçını ötən ilin noyabr ayında axtarıb-arayıb Türkiyədə tapmışdıq. Onun Türkiyə vətəndaşı ilə nişanlanması, sənətdən uzaqlaşması və bu kimi digər maraqlı nüanslarla təqdim etdiyimiz müsahibədə tanış olmuşdunuz.
Olkem.az xeber verir ki, bir neçə ildir müğənnilik fəaliyyətini donduran A.Xəlilova bu dəfə oxu.az-a ailə qurması barədə açıqlama verib.
"İyun ayının 4-də Türkiyədə qız və oğlan toyu bir arada oldu. Həyat yoldaşımın işi ilə əlaqədar hələlik 6 ay Antalyada yaşayacağıq, sonra yenidən İstanbuldakı evimizə geri dönəcəyik", – deyə ifaçı bildirib.
Arzum "Azərbaycanda da toy etmək fikriniz varmı?" sualına: "Xeyr. Çünki görmək istədiyim bütün əzizlərim yanımda idilər, Bakıdan toya çoxlu sayda qonaq gəlmişdi", – cavabını verib.
Müğənni "Yenidən sənətə qayıtmağı planlaşdırırsınızmı? Həyat yoldaşınız bu barədə sizi dəstəkləyirmi?" sualına isə belə cavab verib:
"Həyat yoldaşım etiraz etmir, sadəcə "səndən çox ayrı qalmaq istəmirəm" söyləyir. Hər zaman sənin yanında olacağam, arzularına əngəl olmaycağam deyir. Sadəcə indi şou-biznesdə yaşıl işıq görmürəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org