27 May 2016 15:14 – xeber –
Bu gün müğənni Rövşən Civişov Türkiyənin "TGRT" telekanalında məşhur türk müğənnisi Cansevərlə qonaq olacaqlar.
Bu barədə mətbuata R.Civişov özü məlumat verib. O bildirib ki, Bakı vaxtı ilə saat 17:00-da canlı yayımlanacaq verilişdə Cansevərlə eyni səhnəni bölüşəcəklər.
Müğənni onu da qeyd edib ki, ötən gün Cansever albom təqdimatı keçirib və onun dəvəti ilə təqdimata qatılıb:
"Cansevərlə çox gözəl münasibətlərimiz var. Səmimi münasibətimiz işlərimizə də təsir edir. Cansevərin albom təqdimatı İstanbulun məşhur məkanlarından biri olan "Harbiye evi" restoranında baş tutub. Tədbir xoş-əhval ruhiyyədə keçib".