13:48 – xeber – İqtisadçı alim Vüqar Bayramov Astana İqtisadi Forumunda iştirak üçün Qazaxıstana dəvət alıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Vüqar Bayramov tədbirə spiker olaraq dəvət edilib.
O, forumda dayanıqlı iqtisadi inkişaf, diversifikasiya və eləcə də beyin mərkəzlərinin iqtisadi islahatlarda rolu barədə çıxış edəcək.
Qeyd edək ki, Qazaxıstan Prezidentinin qatıldığı forumda eyni zamanda, nobel mükafatçısı olan iqtisadçılarla müzakirə imkanları da olacaq.