Azerbaycanli aktrisa: "Oskar" alacagam"

5 Yanvar 2016 23:59 – xeber –
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə müsahibə verib.
Olkem.az axşam.az-a istinadən bildirir ki, çəkildiyi filmlərdən bəhs edən aktrisa sonuncu layihəsi "Legends"də yaradığı xarakterdən bəhs edib. Sin Binlə baş rolu paylaşan Nəzrin çəkiliş zamanı müsəlman olduğu üçün ona qarşı hər hansı bir ayrı-seçkilik edilmədiyini deyib:
 
"Müsəlman olmağımla bağlı heç bir mənfi reaksiya hiss etmədim. Son altı ayda həm bizim ölkədəki terror hücumları, həm də Parisdə baş verənlər göstərir ki, hər yerdə bir düşmənçilik hakimdir".
Aktrisa ən böyük xəyalının "Oskar" almaq olduğunu bildirib:
 
"Mən çox güclü xəyalpərəstəm. Bu isə heç vaxt məni peşman etmədi. Heç vaxt xəyallarımın real olub-olmayacağı ilə bağlı düşünmədim. Onsuz da, doğmalarım hər zaman mənə dəstək oldular. Son iki ildir ki, "Oskar" alacağam" deyirəm. Heç kim də mənə "boş xəyal qurma" demir. Önəmli olan, xəyalların böyük olmasıdır. Türkiyədə qalaraq, sanki bir az aşağı doğru çəkilirik. Son bir ildə ölkə, onsuz da yanıb kül olub. Belə bir mühitdə xəyalpərəst olmaq çox çətindir. Bəzən nəfəs almağa belə utanırsan. Ancaq digər tərəfdən də sənətlə məşğul olan hər kəsin inadcıl olması və hər şeyə meydan oxuması lazımdır. Mən də son bir ildə belə bir yola addım atmışam. Əslində hər şey istək qığılcımı ilə başlanır. Əlbəttə, bu bir qədər vaxt alır. Hər şey ruhla əlaqəlidir və bunu itirməmək çox vacibdir".
N.Cavadzadə "Bir çox xarici layihələrdə çəkilmisiniz. Bu işi xaricdə davam etdirmək fikriniz olub" sualına belə cavab verib:
"Mən Türkiyəni çılğıncasına sevirəm. Burada doğulub-böyümədim. 11 yaşımda Bakıdan bu ölkəyə gəldim. Ancaq bu ölkənin insanlarını və mədəniyyətini sevirəm. Başqa yerdə yaşaya bilmərəm. İş olarsa, xaricə gedib çalışaram. Türkiyə məni çox gözəl böyütdü, sinəsinə yatırdı. Burada özümü daha dəyərli hesab edirəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org