Azerbaycanla Ermenistanin iqtisadi – Muqayisesi

09:18 – xeber – 2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 63,98 milyon dollara çatıb ki, bu, Ermənistanla müqayisədə 6 dəfə çoxdur.
 
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Nicat Hacızadə Azərbaycan və Ermənistanın iqtisadi durumunu müqayisə edərkən deyib:
 
Ekspert bildirib ki, Azərbaycan Cənubi Qafqazda öz lider mövqeyini makroiqtisadi göstəricilərdə qoruyur:
 
“2015-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1% artaraq 54,4 milyard manat olub. Adambaşına düşən ÜDM-nin həcmi dollar ifadəsində 5558,7 ABŞ dolları təşkil edir. Bundan əlavə, qeyri-neft sektorunda 37,7 milyard manat əlavə dəyər istehsal olunub ki, bunun ÜDM-də xüsusi çəkisi 69,3%-ə yüksəlib”.
 
İqtisadçı Ermənistanın Cənubi Qafqazda indiqatorlara əsasən ən zəif göstəricilərə sahib olduğunu bildirib:
 
“Səbəblər müxtəlifdir. Ümumiyyətlə, Ermənistanın əsas iki açıq ticarət tərəfdaşı var: İran və Gürcüstan. 1991 və 1993-cü illərdən Azərbaycan və Türkiyə ilə müvafiq olaraq sərhədlərin bağlı olması Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vurub. 
 
Ermənistanda 2015-ci ildə ÜDM 10 milyard 65 milyon dollar olub. Azərbaycanda adambaşına düşən ÜDM də Ermənistanla müqayisədə 55% çoxdur”.
 
N.Hacızadənin sözlərinə görə, neft qiymətlərinin indiki aşağı məzənnəsində belə büdcələr arasında böyük fərq var: 
 
“2015-ci il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 17.153,2 milyon manat, xərcləri isə 17.786 milyon manat olub. Nəzərə alsaq ki, 2015-ci il ərzində Azərbaycan manatı iki dəfə devalvasiya olub, sonuncu valyuta məzənnəsi ilə gəlirlər 11066, milyon, xərcləri isə 11474,8 milyon dollar olub. Ermənistan dövlət büdcəsinin gəlirləri 2 milyard 169 milyon 42 min, xərcləri isə 2 milyard 551 milyon 934 min dollar təşkil edib”.
 
İqtisadçı Ermənistanın adam başına düşən ÜDM-dəki payının əhəmiyyətli hissəsinin borc hesabına olduğunu açıqlayıb:
 
“Ermənistanın ümumi borcu 5 milyard 78 milyon dollar təşkil edir ki, bu da ÜDM-ə nisbətdə 50%-dən yuxarıdır. Bu çox kritik göstəricidir".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org