"Azerbaycanla danisiqlarda yaxsi netice elde etmisik"


[r32]
– xeber –
“Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı (Aİ) – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sözügedən sənədlə bağlı Avropa Komissiyası tərəfindən verilmiş mətbuat açıqlamasında (http://europa.eu/rapid/press-release_IP-17-5353_en.htm) Aİ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı müsbət məqamlar, habelə yüksək vəzifəli Aİ rəsmilərinin açıqlamaları öz əksini tapıb.
Sənəddə Azərbaycan Aİ-nin mühüm tərəfdaşı kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin Aİ tərəfindən dəstəkləndiyi bildirilir.
İkitərəfli münasibətlərin inkişaf dinamikası haqqında məlumat verən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, reallığa söykənən Aİ-Azərbaycan tərəfdaşlığının gücünü və dərinliyini əks etdirəcək, habelə gələcək münasibətlərin inkişafı üçün zəmin yaradacaq yeni saziş üzrə danışıqlarda yaxşı irəliləyiş əldə edilib.
Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Aİ-nin Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org