Azerbaycanin yanindayiq – İtalyan senator


[r32]
– xeber –
İtaliya-Azərbaycan Parlamentlərarası Assosiasiyasının 2017-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, mərasimdə assosiasiyanın üzvü olan italyan senator və deputatlar, habelə İtaliyanın siyasi, elmi-akademik, işgüzar çevrələrinin nümayəndələri iştirak ediblər.
Assosiasiyanın sədri senator Sercio Divina qədim tarixə, zəngin mədəniyyətə və multikultural ənənələrə malik İtaliya və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrdə təşəkkül tapmış yüksək səviyyəli münasibətlərdən məmnunluğunu bildirib. O, İtaliya parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan parlamentlərarası assosiasiyası və Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun apardığı işin iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.
İtalyan senator rəhbərlik etdiyi assosiasiyanın üzvlərinin iki ölkə arasında dostluğun gücləndirilməsi və Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. "Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizi BMT-nin müvafiq qətnamələrinə hörmət etməyən Ermənistanın hərbi qüvvələrinin işğalı altındadır. Biz öz torpaqlarının işğaldan azad olunması məsələsində Azərbaycanın yanındayıq", – deyə italyan senator vurğulayıb.
"Ekspo-2025" üçün Bakının öz namizədliyini irəli sürdüyünü də bildirən senator S.Divina İtaliyanın bu namizədliyi dəstəkləyəcəyinə ümidvar olduğunu deyib.
Sonra çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edən 2017-ci il ərzində ikitərəfli əməkdaşlığın inkişafında dinamikanın müşahidə olunduğunu, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirildiyini, yüksək səviyyəli siyasi dialoqun davam etdirildiyini, İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın əsas enerji təchizatçılarından biri olaraq qaldığını, iqtisadi əlaqələrin daha da genişləndiyini, mədəniyyət, elm, təhsil sahələrində mübadilələrin də artdığını vurğulayıb.
Cari il ərzində İtaliyada təşkil olunmuş çoxsaylı tədbirlər barədə də məlumat verən səfir M.Əhmədzadə həmin tədbirlərin ikitərəfli əməkdaşlıqda əldə olunmuş nailiyyətlər və gələcək perspektivlərin təhlili ilə yanaşı, ölkəmizin həqiqətlərinin daha geniş şəkildə yayılması və xalqlararası təmasların gücləndirilməsi nöqteyi-nəzərdən də faydalı olduğunu deyib. M.Əhmədzadə Azərbaycan-İtaliya əlaqələrinə, habelə ölkəmizin haqq səsinə və təşəbbüslərinə verdiyi dəstəyə görə assosiasiyanın üzvlərinə təşəkkür edib, qarşıdan gələn Milad və Yeni il bayramları münasibətilə onlara təbriklərini çatdırıb.
Tədbir mədəni proqramla davam edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org