Azerbaycanin tarixinde derin iz qoyan insan

00:02 – xeber – Əgər Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan Respublikası mövcud olmayacaqdı. Heydər Əliyev öz adını dünya siyasi tarixinə qızıl hərflərlə yazıb. Xalqına və dövlətinə sonsuz sevgi və xidmət – bu, həqiqətən Ümummilli Lider, müasir Azərbaycan dövlətinin qurucusu, islahatçısı və memarına xas cizgilərdir”. Ukraynanın populyar internet nəşri olan “Versii.com” saytında iyunun 13-də yerləşdirilən “Heydər Əliyev: Azərbaycanın müasir tarixində dərin iz qoyan insan” analitik məqaləsi bu sözlərlə başlayır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalənin müəllifi, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev yazır ki, 1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və ağır idi. Bir tərəfdən, biz erməni işğalçılarının Azərbaycana qarşı ərazi iddiaları nəticəsində müharibəyə cəlb olunmuşduq, digər tərəfdən, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin fəaliyyəti vəziyyəti daha da kəskinləşdirirdi. Bu, ölkənin ayrı-ayrı hərbi-siyasi qüvvələr tərəfindən bölünməsi və müstəqilliyin itirilməsi təhlükəsini doğururdu.
 
Bu qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü və şərəfli həyat yolunda Vətənə və millətə məhəbbətini sübut etdi. Məhz həmin gün, 1993-cü il iyunun 15-i Azərbaycan xalqının tarixinə əbədi olaraq Milli Qurtuluş Günü kimi daxil oldu. Məqalədə xüsusi vurğulanır ki, məhz bu gündən etibarən Azərbaycan dünya ölkələri və xüsusilə qonşu ölkələrlə normal münasibətlərin yaradılması kursu götürdü. Hakimiyyətə qayıdışla Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırdı, Azərbaycanı parçalamaq və məhv etmək üçün çalışan düşmənlərimizin planlarını alt-üst etdi. Ölkədə separatçılığın, dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğu başladı. 1997-ci ilin iyun ayında Azərbaycanın Milli Məclisi ictimaiyyətin razılığı ilə iyunun 15-ini bayram günü elan etdi.
 
Analitik materialda daha sonra qeyd olunduğu kimi, Heydər Əliyev etibarlı əllərə və gələcək nəsillərə miras olaraq sabit inkişaf edən iqtisadiyyat, balanslaşdırılmış ictimai-siyasi vəziyyət, tolerant millətlərarası və dinlərarası mühit, eləcə də müstəqil Azərbaycan Respublikasının incə ustalıqla hazırlanmış uzaqgörən və çoxvektorlu xarici siyasətini qoyub getdi. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi idi. Azərbaycan xalqı xoşbəxtdir və fəxr edir ki, onun Heydər Əliyev kimi oğlu var.
 
Məqalədə həmçinin Heydər Əliyevin Ukrayna üçün gördüyü işlər, zamanı qabaqlayaraq Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və humanitar sahələrdə müasir beynəlxalq əməkdaşlığın təməlini qoyması, Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət yetirməsindən danışılır.
 
Məqalənin sonunda vurğulanır: “Heydər Əliyev Vətəni və Azərbaycan xalqı qarşısında borcunu bütünlüklə yerinə yetirdi: ölkəsini laləzara çevirdi, güclü, müstəqil dövləti – Azərbaycan Respublikasını qurdu və layiqli oğul – davamçısı və varisi olan İlham Əliyevi yetişdirdi.
 
Buna görə də Heydər Əliyevin böyük adı əbədi olaraq yaşayacaq”.
 
Məqalənin tam mətni bu resursdan tanış olmaq mümkündür:
 
http://versii.com/news/349794

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org