Azerbaycanin futbola baxmayan meshurlari

16 İyun 2016 11:39 – xeber –
İdman həvəskarlarının sevimli mövsümü – futbol üzrə Avropa çempionatı başlayıb. Deməli, ən azı ekran başına yığılıb futbol izləyənlərin bayramıdır. Hər gün Avropanın ən yaxşı millilərinin qarşılaşmalarını izləmək, sevimli komandana azarkeşlik etmək, qələbələrinə sevinmək – bundan gözəl nə ola bilər?
İsti yay günlərinə daha bir həyəcan qatacaq bu möhtəşəm idman bayramını izləyənlər arasında azərbaycanlı məşhurların ola biləcəyi də güman edilir.
Amma yarışlar axşam saatlarına – yəni müğənni və aktyorlarımızın adətən hansısa tədbirlərdə, el şənliklərində olduğu zamana təsadüf etdiyi üçün onların seçim qarşısında qala biləcəyini düşündük. Buna görə də, onlar arasında sorğu aparmağa qərar verdik.
Olkem.az fanat.az-a istinadən sorğunun nəticəsini təqdim edir:
Azərbaycanın xalq artisti Aygün Kazımova Avropa çempionatını izləməyəcəyini deyib: "Ümumiyyətlə, mən futbolu sevmirəm. Heç bir komandaya azarkeşlik etməyəcəm. Ancaq özümüzünkülər oynayanda baxıram".
Xalq artisti Faiq Ağayev də turnirə baxmayacağını deyib. İfaçı ümumiyyətlə futbol ilə maraqlanmadığını vurğulayıb. Faiq Ağayev kimi tanınmış ifaçı Elariz də çempionata baxmayacağını deyib.
Populyar müğənni Zamiq isə turnirə baxacağını deyib. O qeyd edib ki, sənətdən əlavə, futbola böyük sevgisi var. "Əlbəttə, Türkiyə yığmasına azarkeşlik edəcəm. Amma ondan da güclü millilər var. Çempionatda İspaniya, İngiltərə və yaxud Fransa yığmaların qələbə qazanacağını görürəm". 
Sorğunun nəticəsində məlum olur ki, şou-biznes nümayəndələri Avropa çempionatına baxmayacaqlar. 

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org