Azerbaycani yaxsi basa dusuruk – Kolumbiya

22:22 – xeber – Sentyabrın 29-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ziyafət Əsgərov V Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası münasibətlərin dərinləşməsinə münbit şərait yaratdığını vurğulayıb, beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə və Kolumbiya senatında Xocalı soyqırımı barədə qəbul olunmuş qərara görə Kolumbiya dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir. Bu məsələlər Forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar.
 
Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.
 
Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendes ölkəsinin V Bakı Beynəlxalq Humanitar Foruma dəvət olunmasına görə təşəkkürünü vurğulayıb. Diqqətə çatdırıb ki, Kolumbiyada Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər. Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən əziyyət çəkmiş ölkədir.
 
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda müzakirələr aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org