Azerbaycandan xarice geden turistlerin sayi azaldi

7 Yanvar 2016 09:37 – xeber –
Bu il Yeni il bayramı günlərində Azərbaycandan xaricə gedən turistlərin sayında ötən illərlə müqayisədə azalma müşahidə edilib. Olkem.az xeber verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, turizm şirkətlərinin verdikləri məlumatlara əsasən, dünyada ictimai-siyasi vəziyyətin qeyri-sabit olması, baş verən iqtisadi böhranla əlaqədar builki Yeni il bayramı günlərində Azərbaycandan Yaxın Şərq, Qərbi, Orta və Şərqi Avropa ölkələrinə gedən turistlərin sayı çox az olub. Azərbaycan turistləri Yaxın Şərq ölkələrindən yalnız Birləşmiş Ərəb Əmirliklərinə – Dubaya gediblər.
M.Ağakərimov qeyd edib ki, Azərbaycan turistləri ötən illərdə olduğu kimi yenə də Türkiyədə istirahət etməyə üstünlük veriblər. Azərbaycan turistləri istirahət üçün bu ölkənin İstanbul, Bodrum, Quşadası bölgələrini seçiblər. "Donuz qripi"nin aşkarlandığı Adana vilayətinə gedən Azərbaycan turistlərinin sayı isə olduqca az olub.
M.Ağakərimov qeyd edib ki, Azərbaycandan getmə turizm üzrə əsas azalma Fransa, Çexiya, Sloveniya, Monteneqro üzrə müşahidə edilib. Bir necə il əvvəl Azərbaycandan adları sadalanan ölkələrə daha çox turistin səfər etdiyini, həmin istiqamətlər üzrə hətta çarter reyslərinin də təşkil olunduğunu deyən mütəxəssis qeyd edib ki, bu il çox az sayda Azərbaycan turisti Yeni il bayramı günlərində Avropa ölkələrində – Çexiya, Fransa, Almaniyada, MDB ölkələrindən – Rusiya, Belarus, Gürcüstanda dincəlib.
Mütəxəssis hesab edir ki, gələcəkdə Azərbaycan turistlərinin ümumiyyətlə ölkə daxilində istirahət etməyə daha çox üstünlük verəcəkləri proqnozlaşdırılır: "Çünki Azərbaycan özünün turizm potensialını hələ tam göstərməyib. O, özünü getdikcə daha çox göstərəcək. Bu məsələdə iqtisadi amil də rol oynayacaq".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org