Azerbaycanda zavodda partlayisda olen ve yaralananlarin adlari bilindi – YENİLENİB (FOTO)

4 Yanvar 2016 16:57 – xeber –
15:14
"KANAL S" (Region TV) xəbər verir ki, Balakən rayonunda "Azəryem Sənaye" MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Hadisə bu gün səhər saat 10:30 radələrində qazanxanada istilik sistemi qoşulan zaman qeydə alınıb. Nəticədə Balakən rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elçin Əliməmməd oğlu dünyasını dəyişib. Balakən rayon sakinləri, 1990-cı il təvəllüdlü Nastakalov Novruz Mahir oğlu və 1982-ci il təvəllüdlü  Bodurov Anar Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Balakən RMX çatdırılıblar.
Partlayış nəticəsində yağın baş verməyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qrupu cəlb olunub. Partlayışın baş vermə səbəbləri araşdırılır.
———–
14:59
Baş Prokurorluq Balakəndə yerləşən zavodda baş vermiş partlayışla bağlı məlumat yayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Balakən rayonunda "Azəryem Sənaye" MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 
Dərhal Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz", Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyidə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda rayon prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, hadisə bu gün saat 10:30 radələrində Balakən şəhərindəki "Azəryem Sənaye" MMC-yə məxsus zavodun ərazisində baş verib. Zavodun qazanxanasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb və 2 nəfər isə xəsarət alıb.
———
12:53
"Azəryem Sənaye MMC"-ə məxsus zavodda partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən axar.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 10:30-da Balakən şəhərində "Azəryem Sənaye MMC"-ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
 
Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.
 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org