Azerbaycanda Usaq Melumat Banki yaradilir

12:04 – xeber – Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Məlumat Bankı bu ilin aprel-may aylarında istifadəyə veriləcək.
 
Komitədən Axar.az-a daxil olan məlumatda bildirilir ki, hazırda bankın yaradılması üçün işlər aparılır.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, banka ilkin olaraq, 2,5 milyon uşaq haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulur:
 
“Uşaq məlumat bankına uşaqlarla bağlı bütün məlumatlar – onların nailiyyətləri, valideynləri, qohumları, valideyn himayəsindən məhrum olub-olmaması, uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilib-yerləşdirilməməsi, uşağın zorakılığa məruz qalıb-qalıb qalmaması, yaxud onun özü tərəfindən zorakılığın törədilib-törədilməməsi, bir sözlə uşaq haqqında bütün məlumatlar daxil edilir. Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir. Çünki gələcəkdə həmin sistem əsasında uşaqlara qarşı bütün zorakılıq faktları – məişət zorakılığı, insan alveri, o cümlədən, onların nailiyyətləri barədə bütün məlumatları ümumiləşdirərək təqdim edə biləcəyik”.
 
Komitə rəhbəri qeyd edib ki, bankın yaradılması uşaq siyasətinin formalaşdırılmasında böyük rol oynayacaq: “Uşaq Məlumat Bankı yaradıldıqdan sonra məişət zorakılığı qurbanları ilə bağlı məlumat bankının yaradılması üçün texniki hazırlıq işlərinə başlanılacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org