Azerbaycanda taninmis aile qizindan imtina etdi (FOTO)

7 Yanvar 2016 14:09 – xeber –
"Atam tanınmış insandır. O, hazırda təqaüddə olsa da, vaxtilə vəkil işləyib, məşhur bir nəslin nümayəndəsidir. Anam isə həkimdir. Valideynlərim xəstə olduğum üçün 4 yaşımda məndən imtina edib, uşaq evinə yerləşdiriblər".
Olkem.az AzVision.az-a istinadən bildirir ki, bu sözləri Bakının Qızıldaş qəsəbəsində yerləşən "kimsəsizlər yataqxanası"nın sakini Günay Eyvazova deyib.
G.Eyvazovanın sözlərinə görə, 19 yaşında valideynlərini tapsa da, atası onu qəbul etməyib:
"Ailədə iki uşaq idik, qardaşım və mən. Biz əkiz doğulmuşuq. Qardaşım sağlam olduğu üçün ailəm onu seçdi, məndən isə imtina etdi. Qardaşımın adı Elnurdur. O, İngiltərədə təhsil alıb. Valideynlərim əslən bakılıdırlar. Hazıda da Bakıda yaşayırlar. Heç vaxt onlara qarşı sevgim olmayıb. İndiyədək bir dəfə də olsa üzlərini görməmişəm. 
Valideynlərimin kim olduğunu 19 yaşımda öyrəndim. Komendantımız yanımda atama zəng vurub, qızının tapıldığını dedi. Atam isə qızının olmadığını bildirdi. Dedi ki, mənim bir oğlum var, biz adlı-sanlı insanlarıq, küçədə böyüyən qızı qəbul edə bilmərik. Atamın adı Ağakərimdir. Anam həkimdir, onun nə üzünü görmüşəm, nə də səsini eşitmişəm. İllərdir özümə bu sualı verirəm ki, ata-ana öz qızından niyə imtina edə bilər? Mən bilərəkdən xəstə olmamışam ki? İnsan nə qədər vicdansız olar ki, qız uşağından imtina etsin. Onları heç Allah da bağışlamayacaq".
I qrup əlil olan G.Eyvazova hazırda işləmədiyini, aldığı təqaüdlə dolandığını deyir:
"2006-cı ildən 2014-cü ilə qədər işləmişəm. İşim çox yaxşı idi. Oteldə qabyuyan işləyirdim. Yol çox uzaq idi, işə gedib-gələ bilmirdim. Sonra ürəyimdə problem yarandı. Məcbur qalıb işdən çıxdım.
Heç vaxt ailə həyatı qurmamışam. Pensiya ilə dolanıram. Şükürlər olsun ki, bizə də kömək edənlər olur. İndiyə kimi çox çətin günlər yaşamışam. Tək, kimsəsiz olsam da ayaqda dura bilmişəm. 
Allah qismət edərsə, mən də ailə həyatı quracağam. Kim istəməz ki, gözəl ailəsi olsun. Şərt deyil ki, ailə quracağım şəxsin yaxşı qazancı olsun. Əsas odur ki, insan kimi insan olsun. Pul boş şeydir".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org