Azerbaycanda ozel kredit burosu yaradildi: 8 bank…


[r32]
– xeber –
Azərbaycanda 8 bank tərəfindən özəl kredit bürosu təsis edilib.
Axar.az Azərbaycan Banklar Assosiasiyasına istinadla xəbər verir ki, dekabrın 20-də "Azərbaycan Beynəlxalq Bankı"nın baş ofisində özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclası keçirilib. İclasda "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub.
İclasda, həmçinin cəmiyyətin nizamnaməsi, idarəetmə orqanlarının formalaşdırılması ilə əlaqədar məsələlər və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı işlərə başlanması təsdiqlənib. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org