Azerbaycanda kazinolar seheri salinsin – Ekspert

09:18 – xeber – Azərbaycanda kazinoları ayrıca bir şəhər şəklində yaratmaq və yaxud bölgədə düşünülmüş şəkildə inkişaf etdirmək mümkündür.
 
Bu sözləri Axar.az-a Azərbaycanda kazinoların bərpa olunması ilə bağlı millət vəkili Qüdrət Həsənquliyevin bu gün Milli Məclisdə səsləndirdiyi təklifə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
Ekspert kazinoların sərhədyanı bölgələrdə yaradılmasının daha yararlı olacağını bildirib:
 
“Bunun ən bariz örnəyi Las-Veqasdır (ABŞ-ın Nevada ştatının şəhəri – red). ABŞ səhralıq yerdə cənnət saldı. Əlbəttə, bizim belə bir imkanımız olmayacaq, lakin biz bölgələrdən birində bu tip əyləncə şəhərinin yaradılmasına nail ola bilərik. Hər hansı bir bölgədə bunu edərək, oranın inkişafına təkan vermək olar. Bu məsələdə xüsusilə sərhədyanı bölgə seçilməlidir. Niyə də olmasın? Lakin bunu sırf turistlər gələcək deyə etmək doğru yanaşma deyil. Kazinolar ya hər kəs üçün açıq olmalı, ya da ümumiyyətlə olmamalıdır”.
 
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların bərpa olunmasını təklif edib. O, kazinoların Azərbaycan vətəndaşları üçün qadağan, əcnəbilər üçünsə açıq olmasını istəyib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org